azturkxeber.az
http://azturkxeber.az

Bəşər tarixində məlum olan ən qədim əlifba aşkar edilib

22-11-2024 Baxılıb: 1

IMG

Alimlər tarixə işıq salan yeni kəşf ediblər. Suriyanın Umm-el Marra bölgəsində qədim qəbirlərdə aparılan qazıntılar zamanı gil silindrlərə həkk olunmuş yazılar tapılmışdır. Aparılan araşdırmalar nəticəsində gil silindrlər üzərində tapılan yazının məlum əlifba sistemlərindən təxminən 500 il daha yaşlı olduğu ortaya çıxıb. “Science Daily” jurnalının verdiyi xəbərə görə, elm adamları Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marradakı qədim məzarlarda arxeoloji qazıntılar aparıb. Con Hopkins Universitetində arxeologiya professoru Schvartz qazıntı işlərini apararaq, radiokarbon üsulları ilə təsdiqlənən yazıların eramızdan əvvəl 2400-cü ilə aid olduğunu təyin edib.

Alim bu kəşfin əlifbanın eramızdan əvvəl 1900-cü ildən sonra Misirdə və ya onun ətrafında icad edildiyi inancını dəyişdirəcəyini ifadə edib.

Kəşf edilən silindrlər üzərindəki yazıların məzardan çıxarılan əşyaların haradan gəldiyi və ya kimə aid olduğu ilə bağlı suallara cavab ola biləcəyini şərh edən Schvartz onu da əlavə edib ki, yazıları tərcümə edəcək bir alət olmadan biz ancaq fərziyyə irəli sürə bilərik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031