Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb.
Azturkxeber.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: