Venesuelada zəlzələ qurbanlarının sayı 5546 nəfərə çatıb
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.
Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "Telegram" kanalında məlumat yayıb.
Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Bundan başqa, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Hazırda minlərlə zərərçəkənə tibbi və humanitar yardım göstərilir.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: