azturkxeber.az
http://azturkxeber.az

Venesuelada zəlzələ qurbanlarının sayı 5300-ü ötüb

22-07-2026

Venesuelada zəlzələ qurbanlarının sayı 5300-ü ötüb

Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 5 min 346 nəfərə çatıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 6 min 462 nəfər xilas edilib. Hakimiyyət orqanları 128 min 324 ailəyə yardım göstərib, 17 min 265 nəfər isə evsiz qalıb. Hazırda 23 min 122 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib.

Rəsmi məlumata əsasən, zəlzələlər nəticəsində 856 bina zədələnib, onlardan 190-ı tamamilə dağılıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə bir neçə zəlzələ qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031