azturkxeber.az
http://azturkxeber.az

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5208 nəfərə çatıb

20-07-2026

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5208 nəfərə çatıb

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5208 nəfərə yüksəlib.

Bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Axtarış-xilasetmə işləri zamanı 6462 nəfər xilas edilib. Hazırda 23 820 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə ərzaq və digər humanitar yardım göstərilir.

Qeyd edək ki, Venesuelada iyunun 24-də iki güclü zəlzələ baş verib. Təkanların gücü müvafiq olaraq 7,2 və 7,5 bal təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031