azturkxeber.az
http://azturkxeber.az

Oğuzda əmək yarmarkasına 13 işəgötürən 118 vakansiya təqdim edib

24-07-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Şəki–Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə Oğuz rayonunda növbəti əmək yarmarkası keçirilib.

Tədbirin açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov ölkədə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifahının yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. O qeyd edib ki, aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları və özünüməşğulluq layihələri əmək bazarının inkişafına mühüm töhfə verir.

Vurğulanıb ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" regionlarda yeni iş yerlərinin yaradılmasına və məşğulluğun genişlənməsinə xidmət edəcək. Dövlət Məşğulluq Agentliyinin əmək yarmarkalarının təşkili, peşə hazırlığı və özünüməşğulluq proqramlarının həyata keçirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Əmək yarmarkasında 13 işəgötürən tərəfindən müxtəlif fəaliyyət sahələrini əhatə edən 118 vakansiya təqdim olunub. İşsiz və işaxtaran vətəndaşlar işəgötürənlərlə birbaşa müsahibələr keçirərək vakant iş yerləri və əmək fəaliyyəti imkanları barədə məlumat əldə ediblər.

Tədbirdə məşğulluğun artırılması və işaxtaran şəxslərin münasib işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığı bir daha vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031