azturkxeber.az
http://azturkxeber.az

ABŞ İran qazını daşıdığı ehtimal edilən tankeri vurub, iki heyət üzvü ölüb

24-07-2026

ABŞ İran qazını daşıdığı ehtimal edilən tankeri vurub, iki heyət üzvü ölüb

ABŞ-nin Oman körfəzində İran qazı daşıdığı ehtimal edilən tankeri raketlə vurduğu, nəticədə iki heyət üzvünün həlak olduğu bildirilir.

Bu barədə İranın dövlət televiziyası məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Məlumata görə, ABŞ hərbçiləri cümə axşamı Oman körfəzindən hərəkət edən və mayeləşdirilmiş qazı daşıyan tankerə iki raket atıblar. Mənbənin iddiasına əsasən, ABŞ tərəfi gəminin İrana qarşı tətbiq edilən dəniz blokadasını pozduğundan şübhələnib.

Məlumata görə, raket zərbəsi nəticəsində tankerin iki heyət üzvü həlak olub.

Hadisə ilə bağlı ABŞ rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031