azturkxeber.az
http://azturkxeber.az

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

23-07-2026

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

İyulun 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 80, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 81 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3,7 ton çəkidə 30 min 56 çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 8 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər də saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031