azturkxeber.az
http://azturkxeber.az

20 nəfər azərbaycanlı Çində təqaüdlə təhsil alacaq

23-07-2026

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i çərçivəsində ümumilikdə 20 nəfər Azərbaycan vətəndaşı 2026-2027-cı tədris ili üzrə Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Azturkxeber.az-ın məlumatına görə, Çin tərəfinin yekun qərarına əsasən, namizədlər Shanghai Jiao Tong University, Shanghai University, Zhejiang University, China University of Petroleum, Beijing Institute of Technology, Peking University və digər nüfuzlu ali təhsil müəssisələrində hüquq, neft və qaz mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və menecment, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alacaqlar.

Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 18 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031