azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq

04-07-2025

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 43 nəfər Azərbaycan vətəndaşı müəyyən edilib.

Yekun qərar nəticəsində seçilmiş tələbələr “Shanghai Jiao Tong University”, “Shanghai University”, “Zhejiang University”, “China University of Geosciences”, “Nanjing University of Science and Technology”, “Wuhan University”, “Sichuan University”, “University of International Business and Economics”, “Hubei University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031