azturkxeber.az
http://azturkxeber.az

Xarici kvalifikasiyaların tanınması: II rübdə ən çox müraciət Türkiyədən daxil olub

21-07-2026

Xarici kvalifikasiyaların tanınması: II rübdə ən çox müraciət Türkiyədən daxil olub

Təhsildə Keyfiyyətin Təminatı Agentliyi 2026-cı ilin II rübü üzrə xarici kvalifikasiyaların tanınmasına dair müraciətlərin ölkələr üzrə bölgüsünü açıqlayıb.

Agentlikdən bildirilib ki, hesabat dövründə ən çox müraciət Türkiyədən daxil olub. Türkiyədən 457, Rusiyadan 301, Ukraynadan 148, Birləşmiş Krallıqdan 100, Gürcüstandan 39 müraciət qeydə alınıb.

Amerika Birləşmiş Ştatlarından və Polşadan hər biri üzrə 29, Belarusdan 15, Almaniyadan və Çindən hər biri üzrə 14, Macarıstandan 12, İtaliyadan isə 11 müraciət qeydə alınıb.

Özbəkistandan 8, Qazaxıstandan 7, Belçika, Estoniya və Konqo Respublikasından hər biri üzrə 6, Niderland, Çexiya, Latviya və Pakistandan hər biri üzrə 5 müraciət daxil olub.

İsveç, Litva və Somali Federativ Respublikasından hər biri üzrə 4, İsveçrə, Koreya Respublikası və Avstriyadan hər biri üzrə 3 müraciət qeydə alınıb.

Bundan başqa, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Sent Lüsiya, Qətər, Qambiya, Qırğızıstan, Kot-d'İvuar, Zimbabve, İran və Nigeriya Federativ Respublikasından hər biri üzrə 2 müraciət daxil olub.

Hesabat dövründə İspaniya və Norveç krallıqları, Finlandiya, Fransa, Toqo, Türkmənistan, İndoneziya, İraq, Şri-Lanka, Suriya və Tanzaniyadan hər biri üzrə 1 müraciət qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031