azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8,7 faiz artıb

21-07-2026

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8,7 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.

Cari ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 3258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031