azturkxeber.az
http://azturkxeber.az

AZCON Holding 2026-cı ilin ilk yarımili üzrə sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb

21-07-2026

AZCON Holding 2026-cı ilin ilk yarımili üzrə sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb

AZCON Holding 2026-cı ilin ilk 6 ayı üzrə nəqliyyat sektorunda əldə olunan sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb.

Sərnişindaşıma göstəriciləri

Azturkxeber.az xəbər verir ki, hesabat dövründə Azərbaycan Dəmir Yolları (ADY) üzrə gündəlik orta sərnişin sayı 30 min nəfərə yüksəlib. Bu göstərici əvvəlki dövrlə müqayisədə 17% artım deməkdir. “BakuBus” avtobusları ilə daşınan gündəlik orta sərnişin sayı isə 24% artaraq 643 min nəfərə çatıb.

Azərbaycan Hava Yolları (AZAL) üzrə ümumi sərnişin sayı 1 milyon 945 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Tranzit sərnişin daşımalarının sayı isə 277 min nəfərə yüksələrək 41% artım təşkil edib.

Bakı Metropolitenində gündəlik orta sərnişin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artaraq 600 min nəfərə çatıb.

Yükdaşıma göstəriciləri

Yükdaşımalar istiqamətində də müsbət dinamika müşahidə olunub. ADY üzrə tranzit yükdaşımaların ümumi həcmi 3,625 min tona çataraq əvvəlki illə müqayisədə 9%, Şərq – Qərb (Orta Dəhliz) vasitəsilə tranzit yükdaşımaların həcmi isə 1 milyon 958 min tona çataraq əvvəlki illə müqayisədə 12% artım göstərib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə konteyner yükaşırmalarının həcmi isə 15% artaraq 61 min TEU təşkil edib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) üzrə quru yük gəmiləri ilə daşımaların həcmi 894 min ton (34% artım), tanker daşımalarının həcmi 1 milyon 709 min ton (25% azalma) olub.

Beləliklə, 2026-cı ilin ilk yarımili üzrə əldə olunan nəticələr nəqliyyat xidmətlərinin səmərəliliyinin artırılmasına, tranzit potensialının gücləndirilməsinə və nəqliyyat sektorunun dayanıqlı inkişafına töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031