azturkxeber.az
http://azturkxeber.az

22 İyul – Milli Mətbuat Günü: Milli Sözün və Maarifçiliyin Bayramı

21-07-2026

22 İyul Azərbaycan milli mətbuatının yaranma günü kimi hər il böyük ehtiramla qeyd olunur. Bu əlamətdar tarix 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan ilk milli qəzet – “Əkinçi”nin işıq üzü görməsi ilə bağlıdır.

“Əkinçi” qəzeti xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr vermişdir.

Bu gün Azərbaycan mətbuatı zəngin ənənələrə söykənərək inkişafını davam etdirir. Müasir media cəmiyyətin operativ, obyektiv və dolğun informasiya ilə təmin edilməsində, ictimai rəyin formalaşdırılmasında, milli-mənəvi dəyərlərin təbliğində və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Rəqəmsal texnologiyaların sürətli inkişafı media qarşısında yeni imkanlar və məsuliyyətlər yaradır. Bu baxımdan peşəkar jurnalistika, obyektivlik, dəqiqlik və etik prinsiplərə sadiqlik hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Həqiqətin müdafiəsi, cəmiyyətin düzgün məlumatlandırılması və dezinformasiyaya qarşı mübarizə müasir medianın əsas vəzifələrindəndir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və mətbuat sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində nailiyyətlər və daim obyektivlik arzulayıram.

Milli mətbuatımızın şərəfli yolu daim davam etsin, sözün gücü həmişə həqiqətə, ədalətə və cəmiyyətimizin inkişafına xidmət etsin!

Azturkxeber.az İnformasiya Agentliyinin direktoru Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031