azturkxeber.az
http://azturkxeber.az

“Sabah”ın hücumçusu: Bir həftədir rəqibi təhlil edirik, oyuna yaxşı hazırlaşmışıq

20-07-2026

“Sabah”ın hücumçusu: Bir həftədir rəqibi təhlil edirik, oyuna yaxşı hazırlaşmışıq

Maraqlı qarşılaşma olacaq. Oyunu böyük səbirsizliklə gözləyirik. Bir həftədir rəqibi təhlil edirik. Baş məşqçimiz bizi yaxşı hazırlayıb. İnanıram ki, qalib gələcəyik.

Bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Finlandiyanın “KuPS” komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Çıxış etdiyi mövqelərlə bağlı danışan almaniyalı hücumçu baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirib: “Məşqçi məni hansı mövqedə oynatmağı məqsədəuyğun hesab edərsə, orada çıxış edəcəyəm. Amma hücumçu kimi oynamağa üstünlük verirəm. Düşünürəm ki, bu mövqedə özümü daha yaxşı göstərə və komandama daha çox fayda verə bilirəm. Daha çox qol vurmaq imkanım olur. Vinger kimi də oynamışam, amma seçimim hücum xəttidir”.

Mikels komandadakı rəqabətdən də söz açıb: “Komandada bütün mövqelər üzrə sağlam rəqabət var və bunu hiss edirik. Hər məşqdə ən yaxşı performansımızı göstərməliyik. Hücumçu kimi əsas vəzifəm komandama kömək etmək və daha çox qol vurmaqdır”.

Xatırladaq ki, “Sabah” – “KuPS” oyunu iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031