Mikels Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub
Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın birinci təsnifat mərhələsində “Selye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.
31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.
2000/2001-ci illər mövsümü, Çempionlar Liqası
Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)
2014/2015-ci illər mövsümü, Avropa Liqası
Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3
2015/2016-cı illər mövsümü, Avropa Liqası
Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
2024/2025-ci illər mövsümü, Çempionlar Liqası
Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0
2025/2026-cı illər mövsümü, Avropa Liqası
Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)
Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: