Peşə təhsili müəssisələrində sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək
Azərbaycanda peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi və tərəfdaş qurumlardır.
Sənədə əsasən, yeni sənayeyönümlü peşə təhsili ixtisasları müəyyən ediləcək və onların tədrisi təşkil olunacaq.
Tədbirlər Planında, həmçinin sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: