azturkxeber.az
http://azturkxeber.az

Litvada keçirilən Beynəlxalq Biologiya Olimpiadasında Azərbaycan məktəbliləri uğur qazanıblar

20-07-2026

Litvada keçirilən Beynəlxalq Biologiya Olimpiadasında Azərbaycan məktəbliləri uğur qazanıblar

Azərbaycan məktəbliləri Litvanın Vilnüs şəhərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında (IBO) bir bürünc medal və üç həvəsləndirici mükafat qazanıblar.

Bu barədə Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, olimpiadada dünyanın müxtəlif ölkələrindən olan məktəblilər biologiya sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.

Qeyd olunub ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Oğuz Əlili bürünc medala layiq görülüb.

Həvəsləndirici mükafatlara isə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yalçın Oruclu, Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi İlham Əliyev və Astara rayon Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Rəsul Şahverdiyev layiq görülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031