azturkxeber.az
http://azturkxeber.az

“Kamança və kamança ailəsi. Texniki şərtlər” dövlət standartının layihəsi konsensus əsasında qəbul edilib

20-07-2026

“Kamança və kamança ailəsi. Texniki şərtlər” dövlət standartının layihəsi konsensus əsasında qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) növbəti iclası keçirilib.

AZSTAND-dan bildirilib ki, iclasda Mədəniyyət Nazirliyinin və AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin nümayəndələri, eləcə də ekspertlər, müsiqişünaslar və kamança ifaçıları iştirak ediblər. İclas zamanı “Kamança və kamança ailəsi. Texniki şərtlər” dövlət standartının layihəsi müzakirə olunaraq konsensus əsasında qəbul edilib.

Bundan əlavə, iclasda AZSTAND/TK 44-ün strukturu və yeni üzvlərin qəbul edilməsi məsələləri müzakirə edilərək səsverməyə çıxarılıb.

Qeyd edək ki, “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) yaradılmasında əsas məqsəd Azərbaycan xalq çalğı alətlərinin qorunması və inkişafı, mədəni irsimizin gələcək nəsillərə ötürülməsi, bu istiqamətdə standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi, həmçinin bu sahədə tələb olunan məhsullar üzrə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsində normativ sənədlər bazasının yaradılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031