azturkxeber.az
http://azturkxeber.az

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib

24-07-2025

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası keçirilib.

AZSTAND-dan bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC, “AzərGold” QSC, İqtisadi Zonaların İnkişafı Agentliyi, AZPROMO, Azərbaycan Zərgərlər Assosiasiyası və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

İclas zamanı AZSTAND/TK 36 üzvləri tərəfindən əlvan metalların sınaqları üçün nümunə götürülmə qaydaları üzrə dövlət standartının layihəsi müzakirə edilib və konsensus əsasında qərar qəbul edilərək Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət olunub.

Həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 174 “Jewellery and precious metals” (Zərgərlik və qiymətli metallar) standartlaşdırma üzrə Texniki Komitədə müzakirə olunan mirvari, qolbaq və zinət əşyalarında istifadə edilən yeni layihələr səsverməyə qoyulub.

Sonda AZSTAND/TK 36-nın tərkibinə yeni üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031