azturkxeber.az
http://azturkxeber.az

Hərbi qulluqçularımız İordaniyada təlimdə iştirak edirlər

20-07-2026

Hərbi qulluqçularımız İordaniyada təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə “Zülfüqar” adlı birgə hərbi təlimdə iştirak edirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı, İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyənin və Pakistanın xüsusi təyinatlıları iştirak edirlər.

Pilotsuz uçuş aparatlarından (PUA), müasir hərbi texnikadan və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.

İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas olunması və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.

Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin olunmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031