DÇ-2026 dünya çempionatları tarixinin ən çox izlənilən turniri olub
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı tarixdə ən yüksək azarkeş iştirakının qeydə alındığı mundial olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mundialın 104 oyununu ümumilikdə 6 milyon 810 min 966 azarkeş stadionlardan izləyib. Bununla da 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına məxsus 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.
Qeyd edək ki, DÇ-2026 48 komandanın iştirakı ilə təşkil olunan ilk dünya çempionatı olub. Turnirin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu adına yiyələnib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: