Ombudsman Səbinə Əliyeva VI “Yüksəliş” müsabiqəsinin final mərhələsinin yekun tədbirində iştirak edib




Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva VI “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsinin yekununa həsr olunmuş tədbirdə iştirak edib.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə finalçılar öz bilik, analitik düşüncə və idarəetmə bacarıqlarını nümayiş etdirərək təqdimatlarla çıxış ediblər.
Müsabiqə iştirakçılarının fəaliyyəti Təşkilat Komitəsinin üzvləri, idarəçi rəhbərlər və mentorlar tərəfindən qiymətləndirilib.
İnsan kapitalının inkişafına, peşəkar idarəçilik potensialının gücləndirilməsinə və gənc liderlərin yetişdirilməsinə xidmət edən bu kimi təşəbbüslər ölkəmizin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: