Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirildi



Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən iyulun 18-də Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, yarışlarda ümumilikdə 10 Qarabağ və Dilbaz cinsli at iştirak edib. İki maraqlı qaçış üzrə keçirilən yarışlarda iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdiriblər.
Üç yaşlı Dilbaz atları arasında 1400 metr məsafəyə keçirilən qaçışda Sadiq Azayev "Şans" ləqəbli atla birinci yeri tutub. Mahmud Ağazadə "Sarban" ləqəbli atla ikinci, Rəşid Musayev isə "Sarıyer" ləqəbli atla üçüncü olub.
Beş yaş və yuxarı Qarabağ atları arasında 2000 metr məsafədə təşkil olunan yarışda isə Rauf Tahirov "Xatun" ləqəbli atla qalib gəlib. Hilal Nəzərov "Sultan" ləqəbli atla ikinci, Mahmud Ağazadə isə "Toxtamış" ləqəbli atla üçüncü yeri tutub.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 5 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: