azturkxeber.az
http://azturkxeber.az

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

18-07-2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyulun 14-dən 18-dək təşkil olunan test imtahanlarına ümumilikdə 32 min 222 nəfər dəvət olunub. Test imtahanı mərhələsi üzrə davamiyyət göstəricisi 96 faiz təşkil edib.

İmtahanın son günü üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 19-da saat 12:00-dan etibarən başlayacaq.

Test imtahanı mərhələsi zamanı qaydaları pozduğu müəyyən edilən 4 nəfər imtahandan kənarlaşdırılıb. İmtahan prosesinin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri bütün imtahan mərkəzlərində davam etdirilib.

Müsabiqənin növbəti mərhələsi ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031