azturkxeber.az
http://azturkxeber.az

I yarımildə “e-rüsum” altsistemi üzrə 63 mindən çox qəbz ödənişi həyata keçirilib

17-07-2026

2026-cı ilin I yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı alt sistemlərinin, o cümlədən “e-rüsum”un tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.

Azturkxeber.az xəbər verir ki, I yarımildə “e-rüsum” altsistemi üzrə ümumilikdə 68 218 bildiriş yaradılıb, 63 316 qəbz üzrə ödəniş həyata keçirilib. Hesablanmış dövlət rüsumlarının ümumi məbləği 32,04 milyon manat, ödənilmiş dövlət rüsumlarının məbləği isə 31,2 milyon manat təşkil edib.

Qeyd edək ki, “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031