Anbardan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb

Xətai rayonu ərazisində yerləşən anbarların birindən 1600 manat dəyərində elektrik naqilləri və təmir-tikinti alətləri oğurlanıb.
Azturkxeber.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı A.Hüseynov saxlanılıb. Araşdırmalarla onun oğurladığı elektrik naqillərini satdığı müəyyən edilib.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: