Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 19-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar iyunun 9 –11-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: