azturkxeber.az
http://azturkxeber.az

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb

08-04-2026

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb

Bu ilin birinci rübü ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 280 min 469 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ötən ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 faizə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930