azturkxeber.az
http://azturkxeber.az

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

11-07-2025

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337 min 321 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17 faiz idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,1 faizə çatıb.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla, 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031