Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29 dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Aeroportdan verilən məlumata görə, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq.
Sərnişinlərə uçuşdan ən azı 2 saat əvvəl hava limanına gəlmələri, müəyyən edilmiş qaydalara əməl etmələri və hava limanı əməkdaşlarının göstərişlərinə riayət etmələri tövsiyə olunur. Bu, bütün prosedurların rahat və vaxtında tamamlanmasına şərait yaradacaq.
Sərnişinlərin hava limanına rahat və vaxtında çatmalarını təmin etmək məqsədilə “Aeroexpress” xidmətindən istifadə tövsiyə edilir. Avtobuslar hər 15 dəqiqədən bir “28 May” m/s – “Koroğlu” m/s – Hava limanı marşrutu üzrə hərəkət göstərir.
Eyni zamanda, vaxt itkisinin qarşısını almaq və qeydiyyat prosesini sürətləndirmək üçün sərnişinlərə uçuşdan əvvəl onlayn qeydiyyatdan istifadə etmələri tövsiyə olunur.
Sərnişinlər səyahət öncəsi və səyahət zamanı yaranan suallarla bağlı rəsmi internet saytı və məlumat xidmətləri vasitəsilə operativ və aktual məlumat əldə edə bilərlər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir