azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri bölgələrdə mədəniyyətin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib

29-12-2025

27 dekabr 2025-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb. Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.
Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031