Ermənistan Azərbaycanla birbaşa ticarəti müzakirə edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasının efirində bildirib.
O vurğulayıb ki, Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox faydalıdır: “Boykot çağırışlarını görmüşəm, amma öyrəndim ki, növbələr də var”, – deyə nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.