azturkxeber.az
http://azturkxeber.az

Rusiya Azərbaycan Qadınlar Birliyi Həmrəylik Günü və Yeni ili qeyd etdilər

28-12-2025

Rusiyanın Yaroslavl şəhərində “Yaroslavl Azərbaycan Qadınlar Birliyi” nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayram şənliyi qeyd edildi.

Tədbir Azərbaycan respublikasının Dövlət himni ilə başlayıb.

Tədbirin təşkilatçısı Rusiya Azərbaycan Qadınlar Birliyinin rəhbəri,Yaroslavl vilayəti Azərbaycan milli-mədəni muxtariyyəti nəzdində Qadınlar Şirasının sədri Xatirə Qəmbərova tədbir iştirakçılarını salamlayıb,onları Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edib. O,çıxışında

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına bir töhfə olduğunu qeyd etmişdir.

Tədbirdə Sankt-Peterburqdan Rusiya Azərbaycan Qadınlar Birliyinin sədr müavini,”Çinar” MMM sədr müavini Ülviyyə Abbasova,RAQİB-nin Krım nümayəndəsi Qızqayıt Qədirova və Leyla Muradzadə iştirak ediblər.

Bayram şənliyində Yaroslavl Qadınlar Birliyinin xanımları S.Vurgunun “Azərbaycan” şeirini söyləyib.

Azərbaycan filmlərindən ,milli musiqi və rəqslərindən viktorinalar keçirilib.

Şaxta Baba və Qar qız şənliyə xususi abu-hava qatıb,uşaqlara bayram sevinci bəxş edib.

Tədbirdə Xalqlar Evi(Дом Народов) təşkilatının “millətlərarası münasibətlərin inkişafına göstərdikləri xidmətə görə” Təşəkkürnamə və Diplomları Xatirə Qəmbərova tərəfindən Birliyin fəal üzvləri Əfsanə Allahverdiyeva,Fidan Şirinova,Kəmalə Şixaliyeva,Aynur Qafarova,Lətifə Şıxəliyeva,Ülviyyə Cəbiyeva,Ülviyyə Əyubova ,Nuranə Kərimova,Mehbarə Əhmədova, Lalə Mamedova,Səbinə Mamedova,Leyla Mamedova,Könül Ağayeva , Kəmalə Həsənova xanımlara təqdim edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031