azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşları tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib

28-12-2025

Polis əməkdaşları tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib

Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət davam etdirilir”, - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031