azturkxeber.az
http://azturkxeber.az

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd olunub

28-12-2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib.

İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) tərəfindən təşkil edilən tədbirdə

Türkiyənin dövlət qurumlarının təmsilçiləri, deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəl iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib, Dövlət himnləri səsləndirilib.

Türk Mədəniyyət Platformasının rəhbəri Metin Yıldırım və jurnalist Səidə Ömərin təqdimatları ilə keçirilən tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu Qarabağ Zəfərindən sonra bayramlarımızın sevinc və qürur hissi ilə qeyd olunduğunu bildirib. O, rəhbərlik etdiyi dərnəyin missiyasına uyğun olaraq, hər zaman Azərbaycanın yanında olduqlarını və bundan sonra da bu həmrəyliyi davam etdirəcəklərini deyib. Çıxışında Türkiyə–Azərbaycan qardaşlığının tarixi köklərinə toxunan Səfər Qaraqoyunlu 1915-ci ildə Çanaqqalada və 1918-ci ildə Azərbaycanda bu qardaşlığın ən bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasınınsədri Ədalət Turan da çıxışında Türkiyə ilə Azərbaycan arasındakı birlik və həmrəyliyin əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxışında Şuşa Bəyannaməsi ilə Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin deputatı Zorlu Töre türkdilli xalqlar arasındakı birliyin getdikcə güclənəcəyini bildirərək, Qarabağ Zəfərinin Türk dünyası üçün tarixi dönüş nöqtəsi olduğunu qeyd edib.

İstanbulun Ataşəhər rayonu üzrə nümayəndəsi Bekir Tınkırcı da çıxışında Türkiyə–Azərbaycan qardaşlığındabn bəhs edib.

Tədbir Türkiyə və Azərbaycan sənətçilərinin ifaları ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031