azturkxeber.az
http://azturkxeber.az

Şəmkirdə şəhid övladları üçün bayram şənliyi təşkil olunub

26-12-2025

Şəmkirdə şəhid övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə şəhid ailələrinin bayramı təbrik edilib, onların daim dövlətin qayğısı ilə əhatə olunduqları bildirilib.

Uşaqlar Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.

Sonda uşaqlara bayram hədiyyələri verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031