azturkxeber.az
http://azturkxeber.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 107-ci ildönümü münasibətilə bir qrup əməkdaşın fəaliyyəti qiymətləndirilib

26-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasının 107-ci ildönümü münasibətilə uzunmüddətli səmərəli əmək fəaliyyəti, sosial müdafiə sahəsində göstərdikləri xidmətlər və vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan bir qrup əməkdaşa təşəkkürnamələr təqdim olunub.

Təşəkkürnamələr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin imzaladığı müvafiq əmrə əsasən verilib. Mükafatlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə tərəfindən təqdim edilib.

Tədbirdə çıxış edən Fərid Bağırzadə Nazirliyin yaranma tarixi, keçdiyi inkişaf yolu və hazırda həyata keçirdiyi genişmiqyaslı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin sosial müdafiə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində müstəqil Azərbaycan dövlətində güclü sosial siyasətin əsası qoyulub, sosial müdafiə sistemi ildən-ilə möhkəmləndirilib. Bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayan Fərid Bağırzadə vətəndaş rifahının təminatı istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2018–2025-ci illərdə 5 sosial islahat paketinin həyata keçirildiyini diqqətə çatdıran nazir müavini bildirib ki, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar çərçivəsində illik əsasda əlavə olaraq 7,6 milyard manat vəsait ayrılıb. Nəticədə 2018-ci ildən bu günədək minimum pensiya təxminən 3 dəfə artırılaraq 110 manatdan 320 manata, minimum əməkhaqqı isə 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb. Eyni zamanda əməkhaqqı fondu 3,2 dəfə artıb, sosial müavinət və təqaüdlər üçün illik vəsait 5 dəfə yüksəlib.

O, Nazirliyin fəaliyyətində insan amilinin əsas prioritet olduğunu, sosial həssas əhali qruplarına göstərilən xidmətlərin keyfiyyətinin daim artırıldığını xüsusi qeyd edib.

Çıxışının sonunda əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Fərid Bağırzadə bu cür tədbirlərin kollektivdə motivasiyanın artırılmasına mühüm töhfə verdiyini bildirib.

Tədbirin sonunda təltif olunan əməkdaşlara təşəkkürnamələr təqdim olunub və xatirə fotosu çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031