Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il 24 dekabr tarixdə keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.
İclasda qanun layihəsində deputatlar tərəfindən hər hansı təklif və ya iradlar bildirilmədiyindən qanun layihəsinin mövcud redaksiyada Ali Məclisin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: