azturkxeber.az
http://azturkxeber.az

SƏTƏM mütəxəssislərinə sertifikatlar təqdim olunub

25-12-2025

Naxçıvan Muxtar Respublikasında “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, həmçinin “Bədbəxt hadisələrin uçotu, təhqiqi və qarşısının alınması istiqamətində görülən tədbirlər” mövzularında keçirilmiş təlimin yekununda SƏTƏM mütəxəssislərinə sertifikatlar təqdim olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi və onun Naxçıvan filialının birgə təşkilatçılığı ilə baş tutan təlimdə Naxçıvanda fəaliyyət göstərən 16 müəssisəni təmsil edən 17 SƏTƏM mütəxəssisi iştirak edib.

Təlim çərçivəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində normativ tələblər, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin uçotu və təhqiqi mexanizmləri, eləcə də risklərin qarşısının alınmasına yönəlmiş tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların bilikləri 12 sual əsasında yoxlanılıb, nəticələr Əməyin Mühafizəsi Mərkəzinin təlim reqlamentinə uyğun olaraq qiymətləndirilib və təlimi uğurla başa vuran SƏTƏM mütəxəssislərinə müvafiq sertifikatlar təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031