azturkxeber.az
http://azturkxeber.az

Bir anlıq tələskənlik — ömürlük faciə: BDYPİ-dən sürücülərə çağırış

24-12-2025

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladır ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir.

Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edir:
• Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
• Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;
• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.

Qaydalara əməl edin – həyatınızı və başqalarının həyatını qoruyun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031