azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının müdafiə naziri Liviya tərəfinə başsağlığı verib

24-12-2025

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri cənab Abdülhəmid Dibeybəyə başsağlığı verib.

Başsağlığında deyilir: "Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031