azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan pambıq sektorunda tarixi ilk: “Prime Cotton” USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət olub

24-12-2025

®  Azərbaycan pambıq sektorunda tarixi ilk: “Prime Cotton” USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət olub

“Prime Cotton” Azərbaycan pambıq sektorunda tarixi bir mərhələyə imza ataraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin National Organic Program (USDA NOP) çərçivəsində rəsmi Orqanik Sertifikat əldə edən ilk şirkət oldu.

USDA NOP sertifikatı “Prime Cotton” un istehsal etdiyi pambığın:

• tam orqanik olduğunu,

• istehsal proseslərinin şəffaf və izlənəbilən şəkildə aparıldığını,

• fəaliyyətlərin qlobal səviyyədə tanınan orqanik standartlara uyğunluğunu rəsmi şəkildə təsdiqləyir.

Bu sertifikat “Prime Cotton” məhsullarının beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasına mühüm imkanlar yaradır və şirkətin qlobal tərəfdaşlar üçün etibarlı təchizatçı mövqeyini daha da gücləndirir.

“USDA NOP Orqanik Sertifikatının əldə olunması “Prime Cotton” üçün, sadəcə, bir sertifikat deyil, şirkətimizin gələcək inkişaf istiqamətini müəyyən edən strateji bir addımdır.

Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur. Bu nailiyyət dayanıqlı kənd təsərrüfatına, şəffaf istehsala və beynəlxalq standartlara sadiqliyimizin bariz göstəricisidir. Məqsədimiz Azərbaycan pambığını qlobal bazarlarda yüksək etimadla təmsil etməkdir”,- deyə “Prime Cotton” şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.

USDA NOP sertifikatı “Prime Cotton”un dayanıqlılıq və məsuliyyətli istehsal strategiyasının tərkib hissəsidir. Şirkət eyni zamanda Sedex, OEKATEX, Geodentify, Higg, ICA kimi beynəlxalq sertifikat və üzvlüklərə malikdir.

Bu sertifikat və üzvlüklər “Prime Cotton”un beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və məsuliyyətli istehsal prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, "Prime Cotton" MMC 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jımıx istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

info@primecotton.az

+994 (55) 515 01 01






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031