azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şuranın iclası keçirilmişdir

24-12-2025

24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda müvafiq lisenziyaların verilməsi üçün daxil olan müraciətlər müzakirə olunmuşdur.

Audiovizual Şuranın verdiyi universal platforma operatoru lisenziyası ilə fəaliyyət göstərən “Ultel” MMC-nin adının dəyişməsi ilə əlaqədar olaraq, müvafiq lisenziyanın “Ultranet Telco Services” MMC-nin adına (operatorun xidmət adı “Ultranet Telco Services” olmaqla) yenidən rəsmiləşdirilməsi haqqında qərar qəbul edilmişdir.

Daha sonra “CityNet” xidmət adı ilə universal platforma operatoru fəaliyyəti həyata keçirən “Uninet” MMC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi üçün müvafiq müraciətlərinə baxılmışdır. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura “Uninet” MMC-yə televiziya kanallarının adı “CityNet Hits” və “CityNet Premier” olmaqla 2 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının və xidmət adı “CityNetTV” olmaqla sifarişli yayım xidməti provayderi lisenziyasının verilməsi haqqında müvafiq qərarlar qəbul etmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031