azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva cəzaçəkmə müəssisələrində Amnistiya Aktının icrasına nəzarət edir

23-12-2025

​Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Amnistiya Aktının icrası prosesində iştirak edib.

​İcra tədbirləri çərçivəsində Ombudsman Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli cəzaçəkmə müəssisəsinə və Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə baş çəkib. Ombudsman Səbinə Əliyeva çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən hüquqi islahatların əsas istiqamətlərindən birinin cəza siyasətinin humanistləşdirilməsi olduğunu vurğulayıb.

​O qeyd edib ki, bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ədliyyə sistemində humanist yanaşmaların inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var.

​Ombudsman vurğulayıb ki, cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi Azərbaycanın hüquqi sisteminin vacib tərkib hissəsidir. O, əfv və amnistiya institutlarının cəzanın islahedici xarakterini gücləndirən və məhkumların islah olunaraq cəmiyyətə yararlı şəxslər kimi inteqrasiyasına xidmət edən mühüm hüquqi mexanizmlər olduğunu diqqətə çatdırıb.

​Amnistiya Aktının şamil olunduğu şəxsləri və onların ailə üzvlərini təbrik edən Səbinə Əliyeva, cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin sosial adaptasiyası və cəmiyyətə uğurlu reinteqrasiyasının əhəmiyyətini qeyd edib. O, amnistiyadan yararlananları onlara verilən imkanlardan səmərəli istifadə etməyə çağırıb.

​Sonda Ombudsman cəza sistemində insan hüquqlarının müdafiəsinin və humanitar dəyərlərin möhkəmləndirilməsi yolunda atılan bu mühüm addıma görə Amnistiya Aktının təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

​Ziyarətdən sonra Ombudsman Səbinə Əliyeva media nümayəndələrinə müsahibə verib. Onun tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları digər cəzaçəkmə müəssisələrində də Amnistiya Aktının icrası prosesində iştirak ediblər.

​Qeyd edək ki, Prezident tərəfindən Parlamentə təqdim edilən Amnistiya Aktının 20 mindən çox şəxsə şamil edilməsi gözlənilir. Onlardan 5 mindən çox məhkumun cəzaçəkmə müəssisələrindən azad edilməsi, 3 mindən çox məhkumun cəzasının azaldılması, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad edilməsi planlaşdırılır. Həmçinin, 4 minə yaxın şəxsin digər növ azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan və ya şərti məhkum etmədən, 1000-dən çox şəxsin isə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031