azturkxeber.az
http://azturkxeber.az

Meksikanın hərbi təyyarəsi Texasda qəzaya uğrayıb

23-12-2025

Meksikanın hərbi təyyarəsi Texasda qəzaya uğrayıb

Tibbi yardım missiyasını yerinə yetirən Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyinə məxsus təyyarə ABŞ-ın Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş zamanı qəzaya uğrayıb.

Bu barədə Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir: “Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyi tibbi yardım missiyasını yerinə yetirən departamentə məxsus təyyarənin Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğradığını təsdiqləyir”.

Nazirlik qeyd edib ki, insidentdən dərhal sonra ABŞ-ın yerli hakimiyyət orqanları ilə koordinasiya əsasında axtarış-xilasetmə protokolları işə salınıb.

Texasda nəşr olunan “The Daily News” qəzetinin məlumatına görə, Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Meksikanın Nuevo Leon əyalətinin Monterrey şəhərindən tibbi uçuşla Texasın Qalveston şəhərinə yola düşüb. Təyyarə sıx duman və məhdud görünmə şəraitində Skoulz Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.

Məlumata görə, təyyarənin göyərtəsində səkkiz nəfər – iki pilot və bir uşaq da daxil olmaqla altı sərnişin olub. Təyyarə Qalveston körfəzinə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031