azturkxeber.az
http://azturkxeber.az

Bölgələrdə yeni DOST Mərkəzləri tikilir

23-12-2025

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST xidmətləri infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında qeyd olunub.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi, Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial xidmətlərin “bir pəncərə”dən, müasir, çevik və tam şəffaf mexanizmlərlə təqdim olunmasına imkan yaratdığı vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə 4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,7 faiz olduğu qeyd edilib.

Ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunacağı diqqətə çatdırılıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı 2025-ci il üzrə hesabatı təqdim edib. İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, strateji hədəflər və prioritet məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031