Namiq Nəbiyev — Peşəkarlığa sadiq həkim və idarəçi

Maştağa Xəstəxanasının Baş həkimi Namiq Nəbiyev – Peşəkarlığı ilə seçilən infeksionist və idarəçi.
Azərbaycan səhiyyə sistemində uzun illərdir yorulmadan xidmət göstərən, yüksək peşəkarlığı, təşkilatçılıq bacarığı və humanistliyi ilə tanınan infeksionist həkim Nəbiyev Namiq Xanəli oğlundan danışacam sizə. Namiq doktor ölkənin aparıcı infeksionist həkimlərindən biri kimi tanınır. Onun peşəkar fəaliyyəti təkcə kliniki təcrübə ilə məhdudlaşmır — Namiq həkim çətin dövrlərdə, ağır epidemioloji və fövqəladə vəziyyətlərdə göstərdiyi xidməti ilə də cəmiyyətin dərin rəğbətini qazanmışdır.
2024-cü ilin sonlarında Maştağa Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunması, Namiq həkimin uzunmüddətli zəhmətinin, rəhbərlik bacarığının və tibbi savadının nəticəsidir.
Uğurlu həkimlik yolunun başlanğıcı
Tibb sahəsinə gənc yaşlarından böyük marağı olan Namiq Nəbiyev, təhsil illərindən başlayaraq infeksion xəstəliklər üzrə ixtisaslaşmağa qərar vermiş və bu istiqamətdə davamlı bilik artımı ilə seçilmişdir. Həkimlik yolunda əsas məqsədi insanlara yardım etmək, ən çətin hallarda belə çıxış yolu tapmaq olmuşdur.
Onun iş fəlsəfəsi sadədir:
“Hər bir xəstənin həyatına dəyər vermək və əlindən gələni əsirgəməmək.”
Sabunçu Tibb Mərkəzində rəhbərlik – Uğurlu illər
Namiq Nəbiyev uzun müddət Sabunçu Tibb Mərkəzi – Yoluxucu Xəstəliklər Şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bu illər ərzində o:
şöbənin fəaliyyətinin modernləşdirilməsi,
tibbi personalın bacarıqlarının artırılması,
pasiyent məmnuniyyətinin yüksəldilməsi,
yeni müalicə protokollarının tətbiqi və bu kimi mühüm istiqamətlərdə böyük işlər görmüşdür.
Onun rəhbərliyi altında şöbə, infeksion xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində paytaxtın ən etibarlı tibb ocaqlarından birinə çevrilmişdi.
Pandemiya dövründə ən ön cəbhədə
COVID-19 pandemiyası zamanı Namiq Nəbiyev sadəcə həkim kimi deyil, həm də fədakar bir vətəndaş kimi fəaliyyət göstərmişdir. O, ölkənin müxtəlif regionlarında –
Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, həmçinin karantin zonalarında, o cümlədən Olimpiya kəndində çalışaraq minlərlə insanın müalicəsində iştirak etmişdi.
Çətin şəraitdə gecə-gündüz fəaliyyəti onun həm insanlıq, həm də peşə etikası baxımından nümunəvi olduğunu sübut etdi.
Pandemiya dövründə infeksion xəstəliklərlə bağlı əldə etdiyi böyük təcrübə, sonradan onun idarəçilik fəaliyyətinə də müsbət təsir göstərdi.
Müharibə dövründə – yaralı hərbçilərimizin yanında
Namiq Nəbiyev həmçinin müharibə günlərində də həkimlik borcunu qürurla yerinə yetirən mütəxəssislərdən olub. Yaralanmış əsgər və zabitlərimizin müalicəsi, ilkin tibbi yardımın təşkili, reabilitasiya prosesində iştirakı ilə o, Vətənə xidmətini davam etdirmişdi.
Müharibə dövründə göstərdiyi bu humanist fəaliyyət, onun həkimlik andına sadiqliyinin ən bariz nümunələrindən biridi.
Baş həkim kimi yeni mərhələ — Maştağa Xəstəxanasının inkişafına töhfə
2024-cü ildə verilmiş qərarla Dr. Namiq Nəbiyevin Maştağa Xəstəxanasının baş həkimi təyin edilməsi, səhiyyə sisteminin ona olan etimadının göstəricisidi.
O, bu vəzifədə:
xəstəxananın idarəetməsinin müasir standartlara uyğunlaşdırılmasını,
personalın ixtisas səviyyəsinin artırılmasını,
infeksion nəzarət tədbirlərinin gücləndirilməsini,
pasiyent təhlükəsizliyinin maksimum təmin edilməsini,
xidmətlərin əlçatanlığının yüksəldilməsini qarşıya məqsəd qoyub.
Bu işdə də məqsədi sadədi: Maştağa Xəstəxanasını Bakının ən müasir və peşəkar tibb müəssisələrindən birinə çevirmək.
Humanist həkim, idarəçi və cəmiyyətə xidmət nümunəsi
Namiq Nəbiyev — yalnız infeksion xəstəliklərin müalicəsində yox, həm də çətin və ağır şəraitdə — pandemiya, müharibə, karantin dövrlərində — yardımsevərliyi və peşəkarlığı ilə fərqlənən həkimdi. Onun rəhbərliyi altında Maştağa Xəstəxanası, cəmiyyətin sağlamlıq ehtiyaclarını yüksək səviyyədə qarşılamaq üçün nümunəvi bir tibb müəssisəsinə çevrilmək yolundadı.
Namiq Nəbiyev kimi tibb işçilərinin fədakarlığı və insan sağlamlığı naminə verdikləri səylər — bizim cəmiyyət üçün həm böyük dəyər, həm də gələcəyə inam deməkdi.
Allahverdi Səfərəliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: