azturkxeber.az
http://azturkxeber.az

Dövlət Agentliyinin “Istehlakchi.gov.az” platforması NETTY2025-in qalibi olub

22-12-2025

Dövlət Agentliyinin “Istehlakchi.gov.az” platforması NETTY2025-in qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan “Istehlakchi.gov.az” platforması NETTY2025 Azərbaycan Milli İnternet Mükafatını qazanıb.

Dövlət Agentliyindən bildirilib ki, 2025-ci ildə NETTY çərçivəsində müsabiqəyə təqdim olunan resurslar 5 kateqoriya - elektron dövlət və rəqəmsallaşdırma, rəqəmsal iqtisadiyyat, biznes və startaplar, innovasiyalar, kibertəhlükəsizlik və süni intellekt, elm, təhsil və rəqəmsal savadlılıq, media, mədəniyyət və kreativ kontent, XXI əsrin həyat tərzi və turizmi, cəmiyyət və inklüzivlik üçün texnologiyalar üzrə qiymətləndirilib. “Istehlakchi.gov.az” platforması “Cəmiyyət və inklüzivlik üçün texnologiyalar” nominasiyası üzrə qalib olub.

Qeyd edək ki, “Istehlakchi.gov.az”da istehlakçıların hüquqlarına dair praktiki məsələlər, qanunvericilik və hüquqi müdafiə vasitələri barədə məlumatlar yerləşdirilib. Platforma hüquqlarının həyata keçirilməsi və müdafiəsi zamanı istehlakçıları doğru istiqamətləndirməyi və maarifləndirməyi hədəf alır. Sahibkarlar da bu rəqəmsal resurs vasitəsilə istehlakçılara münasibətdə hüquqları, vəzifələri və bu sahədə qanunvericiliyin tələbləri barədə geniş məlumat əldə edə bilərlər.

NETTY Qlobal Internet Şəbəkəsi və ümumilikdə informasiya texnologiyaları sahəsində IT bazarının milli seqmentdə inkişafının təşviqi, maraqlı təşəbbüslərə və sosial əhəmiyyətli layihələrə dəstək məqsədilə yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031