azturkxeber.az
http://azturkxeber.az

Gürcüstan DİN mitinq və digər aksiyalarla bağlı yeni qaydalar müəyyən edib

21-12-2025

Gürcüstan DİN mitinq və digər aksiyalarla bağlı yeni qaydalar müəyyən edib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) dekabrın 31-dək, eləcə də 2026-cı il yanvarın 1-dən 9-dək ölkə ərazisində mitinqlərin keçirilməsi şərtləri ilə bağlı məlumat yayıb.

Məlumatda konkret vaxt, yerlər və şərtlər müəyyən olunub.

Bildirilib ki, dekabrın 31-dək toplanış yürüşsüz keçirilməlidir. İştirakçılar Tbilisidə Parlament binasının ön fasadındakı pilləkənlərdə və ətraf ərazidə etiraz aksiyası keçirməli bütün hərəkət iştirakçılarına mane olmamalıdırlar. Müəssisələrin, qurumların və təşkilatların normal fəaliyyətinə əngəl yaradılmamalıdır.

Bu qaydalar 2026-cı il yanvarın 1-dən 9-dək keçirilən mitinqlərdə də qüvvədə qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031